Haqqımızda
bacarX — Azərbaycanda xidmət göstərənlə xidmət axtaranı bir araya gətirən onlayn meydançadır.
Nə edirik
Usta, dizayner, repetitor, fotoqraf, proqramçı — kim hansı işi görürsə, elanını buraya qoyur. Axtaran isə kateqoriya, şəhər və qiymətə görə süzgəcdən keçirib elan sahibi ilə birbaşa əlaqə saxlayır.
Necə işləyir
Elan yerləşdir
Qeydiyyatdan keç, nə iş gördüyünü yaz, şəkil və qiymət əlavə et. Elan moderasiyadan keçdikdən sonra saytda görünür.
Uyğun adamı tap
Axtarış və filtrlərlə lazım olan xidməti seç, elan sahibinin reytinqinə və rəylərinə bax.
Birbaşa danış
Sayt üzərindən mesaj yaz və ya WhatsApp ilə əlaqə saxla. Şərtləri özünüz razılaşdırırsınız.
Elan şərtləri
Elanında xidmət qiymətini və şəhəri göstərə bilərsən. Ödəniş və əməkdaşlıq şərtlərini elan sahibi ilə əvvəlcədən dəqiqləşdir.
Təhlükəsizlik
Elanlar dərc olunmazdan əvvəl yoxlanılır, şübhəli məzmun silinir. Buna baxmayaraq, ödənişi işdən əvvəl tam köçürməməyi və razılaşmanı yazılı saxlamağı tövsiyə edirik.
Sualın var?
Bizimlə əlaqə saxla və ya tez-tez verilən suallara bax.